Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.

Faktıa bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.