Fevralın 24-də Milli Kitabxanada ictimai fikir tarixində, milli ideologiyanın formalaşmasında, ədəbiyyatın və mətbuatın inkişafinda əhəmiyyətli rol oynamış Azərbaycan mütəfəkkiri və ədibi Əli bəy Hüseynzadənin anadan olmasının 155 illiyi münasibətilə "Əli bəy Hüseynzadə-155” adlı sərgi açılıb.
Kitabxanadan Mia.az-a verilən məlumata görə, sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, ictimai-siyasi məzmunlu məqalələri, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.