Mətbuatda tez-tez verdiyi qeyri-adi açıqlamaları ilə gündəmə gələn Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli bu dəfə fərqli mövzuda müzakirə obyektinə çevrilib.
Belə ki, onun xarici ölkələrdən birində slavyan xanımla rəqsinin videosu ortaya çıxıb. Məclisdə Rəcəblinin keçmiş deputat həmkarı Asəf Hacıyev də iştirak edib.
"Bu görüntülər bayram şənliyində çəkilib. Ailə tədbirində belə bir rəqsin edilməsi normaldır. Sözügedən görüntülərdə yanlışhər hansı addım atmamışam. Rəqs etməkdə qəbahət heç nə yoxdur. Hərkəs şənlikdə rəqs edə bilər. Mən fiziki əngəlli xanımla da rəqs etmişəm, dünya dağılmayıb ki? Bu görüntülər Rusiyada çəkilib. Mən ölkə xaricindəyəm gələndə bu görüntülərin nə məqsədlə yayıldığını araşdıracam".