Son vaxtlaradək "Dünya” TV-də çalışan teleaparıcı Ceyran Nəriman yanvarın 4-də dünyasını dəyişib.
Mia.az bildirir ki, bu barədə məlumatı mərhumun dostları sosial şəbəkələrdə paylaşıblar.
Qeyd olunub ki, Ceyran xanım uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, əvvəllər "Space" kanalında çalışıb. Son vaxtlar "Dünya" TV-də yayımlanan "Birlikdə" verilişinin aparıcısı idi.