Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru vəzifəsinə onun qızı Aynur Muxtarova gətirilib.

Bu barədə Unikal.org-a Bakı Bələdiyyə Teatrının truppa müdiri Zemfira Babayeva məlumat verib.

Qeyd edək ki, A.Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə Teatrının direktor müavini olub.

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.