Bakı və Abşeron yarımadasında martın 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.