Bilicilərimiz Qara dəniz kubokunda uğurlu çıxız ediblər

Batumidə təşkil olunan intellektual oyunlar üzrə Qara dəniz Kuboku başa çatıb. Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycan komandalarının təmsil olunduqları beynəlxalq turniri Azərbaycan komandaları üçün uğurlu hesab etmək olar. Azərbaycan İntellektual Oyunlar Federasiyasından verilən məlumata görə komandalarımız müxtəlif intellektual idman növlərində medallara yiyələniblər.
Nə? Harada? Nə zaman? üzrə yarışda Faiq Hüseynovun komandası bürünc medallara yiyələnib. İlk 2 yeri isə Rusiyanı təmsil edən Afina (kapitan Maksim Potaşov) və Gambler (kapitan Yelena Çukryayeva) komandaları tutublar. Bu oyun üzrə yarışda ilk 10-luğa ölkəmizi təmsil edən 5 komanda düşüb. Önəmli nəticəni qiymətləndirən Faiq Hüseynov qeyd edib ki, Nə? Harada? Nə zaman? üzrə yarış Qara dəniz kubokunun əsas oyun növü idi. Məhz Nə? Harada? Nə zaman? üzrə yarışın qalibinin kubokun qalibi olmasını nəzərə alsaq Azərbaycan komandalarının nə dərəcədə uğurlu olmasını görərik.
Breyn-rinq üzrə yarışda isə yarımfinala vəsiqə qazanan Balaş Qasımov və Faiq Hüseynov komandaları finala çıxmaq uğrunda oyunları məğlub olduqdan sonra 3-cü yer uğrunda mübarizə aparıblar. Nəticədə, Balaş Qasımovun komandası 3-cü yerə yiyələnib.
Kubokun proqramına daxil olan milli intellektual oyun - Xəmsə üzrə yarışlarda da təmsilçilərimiz uğur qazanıblar. Kapitanı Orxan Cəfərov olan iddialı və gənc KİPL komandası nəticədə bürünc medallara sahib oldu. Bu oyunda da ilk 2 yeri Rusiyanı təmsil edən komandalar tutdular.
Fərdi oyun (???? ????) üzrə yarışda Azərbaycanı təmsil edən Naumenko və Alxazov müvafiq olaraq 2-ci və 3-cü yerə yiyələniblər. Ümumilikdə Qara dəniz Kubokunda Azərbaycan komandalarının iştirakı müsbət nəticələnib.
DİGƏR XƏBƏRLƏR
2025-07-16 11:24
2025-07-16 09:26
2025-07-15 14:03
2025-07-15 12:18
2025-07-14 17:54