Bir müddətdir mədəaltı vəzi xərçəngindən müalicə olunan Emre Tör bu gün səhərə yaxın vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son olaraq “Hudutsuz Sevda”da "Şeref" obrazını oynayan aktyor 53 yaşında dünyasını dəyişib.

Torunun gənc ölümü sənət aləmindəki dostları və sevdikləri ilə yanaşı ailəsini də kədərləndirib.

Onunla bağl açıqlama verən aktyor Umut Oğuz deyib: "Dəfələrlə eyni səhnəni paylaşdığım, heyran olduğum, hər söhbətindən yeni bir şey öyrəndiyim sevgili dostum Emre rəhmətə getdi. Ürəyim çox ağrıyır. Həyat bəzən həqiqətən də qəddardır. Məkanın cənnət olsun, qardaşım....".

Xatırladaq ki, Emre Törün 11 mart 1972-ci ildə İstanbulda anadan olub. O, aktyorluq karyerasına 1996-cı ildə başlayıb və ilk serialı "Kara Mələk"də ardıcıl dörd mövsüm çəkilib.

Daha sonra bir çox film və televiziya seriallarında çəkilib. Emre Törün 2015-2017-ci illər arasında 3 mövsüm rol aldığı "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında kəşfiyyatçı "Nevzat Çankırılı" obrazını canlandırıb.

Bundan başqa, o, "Üç Bacı"da "Adnan", "Mahsusa: Trablusgarb"da "Polkovnik Neşet", "Bir Zamanlar Kiprdə: Qələbəyə doğru"da "III. Makarios" və sair film və seraillarda əsas rolları oynayıb.

Ləman

MİA.AZ