[b]Xalq artisti müxalifətə və nazir Kəmaləddin Heydərova dəstək nümayiş etdirib [/b] Milli Məclisin bugünki iclasında millət vəkili, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova yenidən ?od püskürüb?. O, çıxışında hakimiyyətə qarşı yaranan narazılıqlarda məmurları suçlamaqla bərabər, həm müxalifətin aksiyasına münasibətini bildirib, eyni zamanda, fövqəladə hallar naziri Kəmaləddin Heydərova gözlənilməz dəstəyini verib. Zeynəb xanımın çıxışı ilə tanış olun: ?Bu gün mənim ürəyim doludur. Danışmaq istəyirəm. Bu gün xalq küçələrə düşür. Ona görə ki, 5-6 nəfər pullu, varlı insan xalq arasında prezidentə qarşı narazılıq yaradırlar. Bütün bunları edənlər pullu insanlardır. Mən seçildiyim rayonun Altıağac qəsəbəsində pullu adamlar özlərinə elə böyük villalar tikirlər ki, adi insanlara su da çatmır. Kasıb insanlar onlara baxanda qıcıqlanırlar, narahatlıq keçirirlər. Onların evləri bu villaların yanında koma kimi görsənir. Ac insanlar bunları görüb qıcıqlanırlar. Yalnız Kəmaləddin Heydərovdan başqa hamısı bu yolu tutub. Kəmaləddin Heydərov Hacı Zeynəlabdin Tağıyev kimi hamıya kömək edir. Bunu o birilər niyə etmirlər? Niyə camaatı narazı salırlar? Dünən mən Fəvvarələr meydanında evimin pəncərəsindən aksiyaya baxırdım. Azərbaycan qadınları ayaq altında qalırdı. Mənim xalqım niyə ayaq altına düşməlidir. Bunu 5-6 nəfər adam edir. Bu boyda Zeynəb Xanlarovanın evi onların evlərinin yanında komaya oxşayır. Çox çətindir?.