Azərbaycan Milli İstiqlal Partiyası Gənclər Təşkilatının növbəti Konfransi keçirilib. Konfransda Təşkilatın Əsasnaməsinə əlavə və düzəlişlər edilib, eyni zamanda təşkilatı məsələyə baxılıb. Səsvermənin nəticələrinə görə Afsəddin Nəbiyev AMİP Gənclər Təşkilatının yeni sədri seçilib. Qəhrəman Sadıqov təşkilat, Ayxan Etibaroğlu ictimayyətlə əlaqələr, Nicat Cavanşir isə beynəlxalq məsələlər üzrə sədrin müavinləri postlarını tutublar. Həmçinin 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi də müəyyələşib. Konfransada ölkədə baş verən hadisələr və ictimai-siyasi proseslərdə gənclərin rolu da geniş müzakirə edilib, AMİP GT-nın fəaliyyət istiqamətləri ilə bağlı müvafiq qərarlar qəbul olunub. Toplantının sonunda AMİP-çi gənclər Azərbaycan gəncliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: ?Hörmətli gənclər! Bu il dünyada baş verən ciddi, sürətli və köklü dəyişiklərilə tarixə çevrilməkdədir. Uzun ömrlü diktatorların çöküşü, avtoritor rejimlərdə demokratiya uğrunda aparılan mübarizələr, milli oyanış və azadlıq hərakatları geniş vüsət almaqdadır. Belə bir dönəmdə beynəlxalq aləmin subyekti olan Azərbaycan gəncliyinin də üzərinə böyük məsuliyyət düşür. Ikiyə bölünmüş Vətənimizin birləşdirilməsi, işğal olunmuş ərazilərin qaytarılması, itirilmiş əzəli torpaqlarımıza böyük qayıdış, haqq səsimizin daha ucadan çatdirilması, demokratik dəyərlərin bərpası, sülhün və təhlükəsizliyin qorunması, haqq və özgürlüklərə sahiblik, maddi-mənəvi dəyərlərin, milli əxlaq və ənənələrimizin yad ünsürlərdən qorunması kimi çətin problemlərin öhdəsindən gəlmək vəzifəsi bizim üzərimizdədir. Rüşvətin, korrupsiyanın, məmur özbaşınalıqlarının, qohumbazlıq, yelibazlıq, siyasi əqidəyə və daşıdığı inanclara görə həyata keçirilən repressiyaların törətdiyi fəsadların qarşısının alınması və cəmiyyətin sağlamlaşdırılması, həmçinin, fundamental azadlıqlar uğrunda aparılan mücadilədə Azərbaycan gəncləri həmişə öndə olub. Təssüflər olsun ki, hakimiyyətin yürütdüyü siyasət nəticəsində on minlərlə gəncimiz maddi və mənəvi sıxıntılar ucbatından, didərgin düşüb, narkotik maddələrə meyillənib, ailə həyatı qura bilmir, öz istedad və qabiliyyətini, potensialını ortaya qoya bilmir, idarəçilikdən və işgüzar fəaliyyətdən kənarda qalıb. Gənclər arasında intihar və cinayət hallarının artması ciddi narahatlıq doğurmaqdadır. Onlarla gəncimizin siyasi baxışlarına görə azadlığı əlindən alınıb, ayrı-seçkilik dözülməz həddə gəlib çatıb. Bir sözlə, Azərbaycanın gələcəyi olan gənclər bilərəkdən məhv edilir və sıradan çıxarılır. Biz onu da dərk edirik ki, bütün avtoritar rejimlər üçün ən təhlükəli qüvvə gənclərdir. Amma bizlər sivil ölkələrdəki gənclər kimi yaşamaq, fəaliyyət göstərmək, işləmək, öz enerjimizi Vətənimizin bütövlüyü, inkişafı və parlaq gələcəyi üçün sərf etmək istəyirik. Belə bir imkanın yaradılmasını mövcud hakimiyyətdən gözləmədiyimizdən, birlikdə çiyin-çiyinə iradəli, əzmkar və prinsipial mübarizəmizlə bütün bunlara nail ola bilərik.? Dövlətimizin və millətimizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, demokratik dəyərlərin bərqərar olunmsı və aydın gələcəyimiz birliyimizdən keçir?.