"Açıq yer anlayışı o demək deyil ki, çıxart  siqareti istənilən yerdə çək. Məktəbin, bağçanın yaxınlığı da açıq yerdir”.

Bunu deputat Siyavuş Novruzov Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.  

O qeyd edib ki,  qanun layihəsi üçüncü oxunuşda müzakirə olunsa da, burada tam həllini tapmayan məsələlər çoxdur: "Çünki indiyə qədər  qapalı və ya açıq yerlərdə tütün məmulatlarından necə istifadə olunması məsələsinə aydınlıq gətirilməyib. Əgər restoranın içərisində siqaret çəkmək qadağan olunubsa kimsə çıxıb restoranın qabağında açıq yerdə  siqaret çəkir. Dünyanın müəyyən yerlərində açıq yerlər üçün kamera var.  Orada müəyyənləşdirilir ki, hansı açıq hissədə siqaret çəkmək olar. Biz ölkədə  tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik. Digər tərəfdən də tütün məmulatlarının çəkilməsi qadağan edilir. Təbii ki, vətəndaşın sağlamlığı birincidir. Amma bunu elə tənzimləməliyik ki, büdcəmizə zərər vurmasın”.

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib. 

" Sən, yəqin, ikinci oxunuşu yaddan çıxartmısan. Siz deyən məsələlər qanunda əksini tapıb. Ölkədə tütünçülüyün inkişafına gəlincə isə cənab prezident də Balakəndə öz çıxışında qeyd etdi ki, biz tütünü ixrac etmək üçün artırıq”/qafqazinfo.