Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi səsə qoyulub.

Millət vəkilləri qanun layihəsinin lehinə səs verərək sənədi təsdiqləyiblər.

Bununla da, gələn il üçün Hesablama Palatasının saxlanma xərcləri 3 mln. 852 min manat səviyyəsində təsdiqlənib. Bu da ötən il ilə müqayisədə 0,8% və ya 29,1 min manat çoxdur.