Daşkəsən rayonunda meşə təsərrüfatında baş verən yanğın söndürülüb.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb.
Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.