Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Mia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağışın yüngül xarakterli olacağı və yarımadanın müxtəlif yerlərində şimşək çaxacağı ehtimalı var.

Buludlu hava şəraitinin həftənin sonuna qədər davam edəcəyi gözlənilir.