"Azərsun Holdinq"in məhsulu olan "Azərçay"ın sponsorluq etdiyi Rusiyanın "Pole Çudes" verilişində erməni iştirakçının "Can Qarabağ" mahnısı oxumasına etirazlar artır.

 Mia.az xəbər verir ki, tanınan jurnalist Azər Sarıoğlu da məsələyə mövqeyini açıqlayıb.

Onun sözlərinə görə, "Azərsun"un sponsorluq etdiyi verilişdə "Hayastan daxilində Qarabağ" mahnısının səslənməsi birbaşa erməni-daşnak təbliğatına xidmət edən reklam idi: 

"Bildiyimiz kimi, ermənilər Qarabağa "Atrsax" deyir. Lakin bütün dünya bizim həmin Cənnət məkanımızı Karabakh kimi tanıdığından ermənilər "Azərsun"un sponsorluq etdiyi həmin verilişdə dünya ictimaiyyətinə "Hayastan içində QARABAĞ" deyə xitab edirdilər".

A.Sarıoğlu "Azərsun" daxildə vecinə almadığı xalqı xaircdə düşünə bilərmi?" deyə sual edir. Daha sonra qeyd edir ki, "Azərsun" məhsullarının millətə xeyri ilə Rusiyada sponsorluq etdiyi verilişin faydası düz mütənasibdir: 

"Ölkə daxilində milləti zərərli məhsullarla zəhərləməyi bəs deyil, xarici ölkələrdə də reklam siyasəti yürüdərkən mənafelərimizi nəzərə almır. Sən erməni diasporunun təsir imkanlarını hesablamadan xaricdə reklam siyasəti yürütməyə girişirsənsə, nəticə bu olacaq. Bəlkə də "Azərsun"u baş vermiş hadisənin nəticəsini hələ də dərk etmir və sıradan hadisə sayır. Bəlkə də bilərəkdən etməyib. Ancaq biznesin, həm də böyük biznesin böyük siyasət olduğunu dərk etməyibsə, o zaman vay bu holdinqin halına və vay bizim halımıza!

Yadıma adı çəkilən holdinqin prezidenti Abolbari Gözəlin bir neçə ay əvvəl verdiyi açıqlama düşdü. Adam deyirdi ki, siqaret də istehsal edə bilərdim, lakin milləti zəhərləmək istəmədiyimdən bu işlə məşğul olmadım. O zaman cavab yazmışdım ki, zərərli yağ, az şəkərsiz qənd, şəkər tozu istehsalının və bazardakı mövqeyindən sui-istifadə edib qiymətləri bahalaşdırmağın yanında siqaret istehsalı toya getməlidir. 

"Azərsu"nun sponsorluq etdiyi verilişdə Ermənistan maraqlarna uyğun təbliğatın aparılması daha betər idi. Məncə, Azərsun ya rekalm siyasətində naşı olduğunu əsaslandırmalı, ya da günahkar olduğunu etiraf etməlidir".