Bu gün səhər saatlarından "Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.
Məsələ ilə əlaqədar "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, yaranmış problemlər əlaqədar depodan qatarların ötürülməsində fasilələr yaranıb. Bu səbəbdən qatarların qrafikində ləngimələr olub və metro stansiyalarında sıxlıq yaranıb.
Onun sözləırinə görə, hazırda qatarların qrafikindəki gecikmələr aradan qaldırılırb, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxılığı da aradan qaldırlıcaq.