Biləcəri bələdiyyəsinin inzibati binasında 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbirdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və bələdiyyə kollektivi iştirak etmişlər. Biləcəri bələdiyyəsinin sədi Hikmət Quliyev iclası giriş sözü ilə açaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuş və hələdə görüləsi işlərin olduğunu vurğulamışdır.

Sonra yığıncaqda Biləcəri bələsiyyəsi sədrinin 26.10.2017 – ci ili tarixli 01-08/12-ü saylı əmri Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri S.Əliyeva tərəfindən səsləndirilmiş və əmrə əsasən bələdiyyənin bir neçə əməkdaşı təşəkkürnamə və maddi həvəsləndirmə ilə təltif edilmişdir.