Mərkəzi Bank iddia ərizəsində F.Qəribovun oğlu Zöhrab Qəribovu cavabdeh şəxs kimi qoyub və qeyd edilib ki,Z.Qəribova məxsus olan "Debüt Kommersiya Bankı" ASC-yə 2007-2008-ci illərdə 3 dəfə verilən 7 milyon manat məbləğində kreditdən ümumilikdə 3 milyon 215 min 65 manat əsas və 581 min 992 manat faiz borcu qalıb.Z.Qəribov kredit üçün Nərimanov rayonu, Əhməd Rəcəbli 38a ünvanında yerləşən "Şəki” restoranı və ona bitişik yarımtikilini girov qoyub. AMB də ərizəsində kredit borcunun ödənilməsi üçün ipoteka yüklü edilən həmin obyektə yönəldilməsini, restoranın açıq hərracla satışa çıxarılaraq satılmasını və əldə edilən vəsait hesabına borcun ödənilməsini istəyib.
2010-cu il dekabrın 15-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarı ilə "Debüt Kommersiya Bankı" ASC müflis elan olunub, ləğvedicisi isə bankın vəsaitinin olmaması səbəbindən borcu ödəyə bilməyib.Qəribovların dövlətdən aldığı 7 milyon manat bankın xəzinəsində tapılmayıb.2016-cı ilin III rübü üzrə təzələnmiş siyahıya əsasən Mərkəzi Bankın "Debüt” KB ASC-yə qarşı qeydə alınmış kreditor tələbi 4 milyon 921 min 922 manat və 51 min 779 manat ABŞ dolları məbləği təşkil edib.
Mərkəzi Bankın bu iddiasından sonra Zöhrab Qəribov da məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsi verib və kredit müqavilələrində adıçəkilən obyektin 2008-ci ilin oktyabrın 8-nə kimi ipotekada qalmasının nəzərdə tutulduğunu qeyd edib. İddia edib ki buna görə də həmin əmlak "Debüt Kommersiya Bankı" ASC tərəfindən ödənilməyən kredit borcunun təminatı kimi çıxış edə bilməz(qafqazinfo).