Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-a səfərə gedib.
 
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, N. Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində "Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.