Oktyabrın 4-də Quba rayonunda 3.6 bal gücündə zəlzələ baş verib.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 06:36-da Qubadan 10km şimal-qərbdə zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Təkanların dərinliyi 6 kilometr olub.