Ümumiyyətlə, dünyagörüşlü, ağıllı, özünü və ailəsini düşünən insan heç vaxt virtual qumar oyunlarına, mərc oyunlarına meyl etməz. Çünki bu oyunların mayasında kələk var, faciə var. Bu oyunlar yaxşı heç nə vəd etmir. Bu oyunlara meyl edən gənclər bir çox hallarda müflis olurlar, həyatlarını qumara qoyub özlərini məhvə doğru aparırlar. Bəziləri canına qəsd edir, əyri yollara düşür, bəziləri ailələrini dağıdır, fəal həyatdan təcrid olunurlar”.

Mia.az xəbər verir ki bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. 

O bildirib ki, virtual qumar və mərc oyunlarına qarşı mübarizə olmaqla yanaşı, insanların özləri bu barədə ciddi fikirləşməlidirlər:

“Çünki hər kəsin fəaliyyətinə ciddi nəzarət etmək mümkün deyil. İnsanın özü-özü ilə mübarizə aparmalıdır, özünə qarşı tələbkar olmalıdır, nə etdiyini bilməlidir. Belə halların qarşısının alınması üçün maarifləndirmə tədbirləri genişləndirilməlidir. İnformasiya vasitələri vaxtaşırı bu barədə məlumat verməlidirlər, bunun mənfi halları barədə insanları məlumatlandırmalıdırlar. Amma insan özü öz həyatını fikirləşməlidir, pulunu qumara qoyub sonradan peşmançılıq çəkməməlidir”.