İstirahət gününün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mia.az-a
verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında
hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil
edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə,
yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə
20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti
olacağı gözlənilir.