Cənubi Koreya məktəblərində mobil telefondan istifadə qadağan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya parlamenti qərar qəbul edib.

Qərara əsasən, dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadə qadağan olunacaq.

“The Korea Herald” qəzeti yazıb ki, parlamentdə bu qərarın lehinə 163 deputatdan 115-i səs verib: "Yeni qanuna əsasən, əlilliyi olan, xüsusi təhsilə ehtiyacı olan tələbələr və fövqəladə hallarda istifadə üçün istisna olmaqla, tələbələr dərs saatlarında mobil telefon və smart cihazlardan istifadə edə bilməyəcəklər. Qanun 2026-cı ilin martında başlayan yeni tədris ilindən qüvvəyə minəcək".

Tahir Şəlvəli
MİA.AZ