"Bu gün Saatlıda seçicilərlə görüşdüm. İş-gücün qızğın vaxtı olduğundan hesab etdik ki, birbaşa pampıq tarlalarına yollanmalıyıq. Elə də etdik". 

Mia.az xəbər verir ki,  bu sözləri Saatlının deputatı Əflatun Amaşov sosial şəbəkədəki hesabında yazıb.

Millət vəkili bildirib ki, gördüyü mənzərə xeyli nikbinlik yaradıb:

"Artıq indidən demək olar ki, deputatı seçildiyim Saatlı rayonu pampıqçılıqda lider mövqeyini qoruyacaq.

Rayonda 17200 hektardan çox ərazidə pampıq əkilib. Sakinlərin yüksək məhsuldarlıqla bağlı gözləntilərinin özünü doğrultmasına isə çox az vaxt qalıb. Tezliklə yığım başlayacaq".

Ə.Amaşovun sözlərinə görə, ümumən seçicilərlə görüş olduqca səmimi şəraitdə keçib: "Pambıqçıları  maraqlandıran məsələlərdən söz açdıq, təklifləri qruplaşdırdıq".

Mia.az