1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, ermənilərin
Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam
edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü
həlak olub, 19-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu il
iyulun 4-də həmin uşaqların sırasına daha biri əlavə olundu. Həmin gün
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı
kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü
Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.
Avqustun 13-də balaca Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.
Modern.az
saytı 2 yaşlı Zəhranın qətlə yetirildiyi yerdə həmin günün dəhşətini
əks etdirən simvolik bir abidənun qoyulmasını təklif edir. Qoy,
Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların
nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar
olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan
edildiyi barədə məlumatlansın.
Füzuli rayon İcra Hakimiyyətindən də bu təklifimizə biganə qalmamağı xahiş edirik...