Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub.
Məlumata görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir(Report).
Faktla bağlı araşdırma aparılır.
***
Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, partlayış Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib.
Qeyd edilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib: "Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
Hadisə barədə araşdırma aparılır".