Təhsil naziri Mikayıl Cabbarov avqustun 1-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.

Mia.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri iştirak edəcək. Qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar 24-27 iyul 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək