Dövlət İmtahan Mərkəzi sosial şəbəkədə bu qurumun adı ilə fəaliyyət göstərən səhifə və profillərlərlə xəbərdarlıq edib.

DİM-dən Mia.az-a verilən məlumata görə, DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər əsasında məlub olub ki, "İnstagram" şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillərin fəaliyyət göstərir: 

"Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Nəzərinizə çatdırırıq ki, DİM-in "İnstagram” sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Buna görə də xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz”.