İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 31 nəfər müraciət edib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən günvurma ilə bağlı stansiyaya 2 müraciət olub.
 
 Nazirlikdən bildiriblər ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 12 nəfəri xəstəxanaya yerləşdirilib.