3 gün əvvəl Sabirabad rayon Mərkəzi Xəstəxanasında ölüm baş verib.

Mia.az xəbər verir ki, bu barədə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlunmat verib.

Onun sözlərinə görə, həmkəndlisi, 1962-ci il təvəllüdlü Quliyev Ağababa Xanbala oğlu rayon xəstəxanasında  "kor bağırsaq"dan əməliyyat olub:

"Əməliyyatdan sonra 5 gün xəstəxanada saxlanmasına rəğmən, o, vəfat edib. Bu, necə ola bilir?".

N.Ədilovun sözlərinə görə, mərhumun yaxınlarına deyiblər ki, guya qanda zəhərlənməni təmizləyə bilməyiblər:

"21-ci əsrdir, camaat Çernobıldakı radiasiyanı təmizləyib, orda bostan salır, bunlar 5 günə xəstəxanada qanı təmizləyə bilmirlər? Mərhum Quliyev usta idi, fiziki hazırlığı yüksək olub, yəni "zəif imiş" bəhanəsi burada keçmir. Biz hamımız narahat olmalıyıq ki, 21-ci əsrdə "kor bağırsaq" əməliyyatından insan niyə ölməlidir?!".

Məsələ ilə bağlı Sabirabad Mərkəzi Rayon Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az