Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb.
Bunu Baş İdarənin rəisi Kamran Əliyev keçirdiyi hesabat tədbirində bildirib.
O əlavə edib ki, həmçinin 125 cinayət xarakterli material araşdırılıb: "Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb, 50 (40%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.
Report