MMP-nin sıraları genişlənməkdədir.

Partiyanın mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, kənd təsərrüfatında alim və mütəxəssislərinin hazırlanmasında böyük əməyi olan, ”Şərəf nişanı” ordenli, "Əmək Şöhrəti” medallı, Respublikanın əməkdar kənd təsərrüfatı işcisi, beynəlxalq diplom və mükafatlara layiq görülmüş, Beynəlxalq Şərab və alkoqollu içkilər üzrə Dequstasiya Komissiyasının üzvü, Respublika Dequstasiya Komissiyasının sədri Sabir Yadiğar oğlu Vəliyev partiya sıralarına daxil edilib.

Bundan başqa Kənd təsərrüfatı mütəxəssisi, uzun illər pambıqçılığın inkişafında əməyi olan Adışırin Hüseynov, kənd təsərrüafatı elmləri namizədi, fəsəfə doktoru Ərşad Quliyev, kənd təsərrüfatı mütəxəssisi Çərkəz Qurbanov və pedaqoq Veys Abbasov da partiyaya üzv olublar.