ABŞ və İsrailin hücumları ilə yaralanan İranın yeni lideri Müctəba Xamenei bu gün xalqa ilk müraciətini edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, fevralın 28-də ABŞ-İsrail hücumunda həlak olan Ayətullah Əli Xameneidən sonra Ekspertlər Məclisi tərəfindən ölkənin Ali rəhbəri seçilən oğlu Müctəba Hüseyni Xameneinin müraciəti dövlət televiziyasında aparıcı tərəfindən oxunub.
O, müraciətində ölkəsinə haqsız hücum edildiyini bildirərək, xalqın və dpvlətin bütövlüyünün qounduğunu deyib: "Düşmənin yolunu sarsıdıcı zərbələrlə bağlayan və onları sevimli vətənimizi ələ keçirmək, bölmək illüziyasından məhrum edən edən xalqımıza və cəsur döyüşçülərimizə səmimi minnətdarlığımı bildirirəm".
Yeni dini rəhbər dünya neft tranzitinin 20 faizinə sahiblik edən Hörmüz boğazını bağlamaq taktikasını dayandırmayacaqlarını deyib: "Düşmənin təcrübəsi az və son dərəcə həssas olduğu digər cəbhələrin açılması üzərində də işlər görülüb. Müharibə vəziyyəti davam edərsə və maraqların qorunması prinsipinə əsaslanarsa, bu cəbhələr aktivləşəcək. Biz bunun qarşısında mətanətlə durmaq və vətənimizi qorumaq üçün hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
İranın bölgədəki ABŞ bazalarına hücumları ilə bağlı Xamenei qonşu ölkələrə xəbərdarlıq edib: "Bizim 15 ölkə ilə qonşuluğumuz var, lakin onların bəzilərində düşmənin hərbi bazaları var. Bu bazalar bizə qarşı son hücumlarda istifadə edilib və edilməkdədir. Biz də həmin bazaları hədəf almaq məcburiyyətindəyik. Əgər bu bazalardan bizə qarşı istifadə davam edərsə, biz də eyni şəkildə cavab verməyə davam edəcəyik. Mən qonşularımızdan o bazaların bağlanmasını tələb edirəm. Bu ölkələr sevimli vətənimizə hücum edənlərə və xalqımızın qatillərinə qarşı mövqelərini açıq şəkildə bildirməlidirlər. Onlara məsləhətim bu bazaları mümkün qədər tez bağlamaqdır. Çünki onlar indi başa düşməlidirlər ki, Amerikanın təhlükəsizlik və sülh təmin etmək iddiası, əslində, yalandan başqa bir şey deyil. Bu addım həm də onlara öz xalqları ilə əlaqələrini gücləndirməyə kömək edəcək, çünki əhalisinin böyük bir hissəsi müsəlman olan ökələrin xalqı hökumətlərinin alçaldıcı davranışını dəstəkləməkdən məmnun deyil...".
İranın yeni lideri ABŞ və İsraildən müharibə təzminatı tələb edəcəklərini də müraciətində xüsusi vurğulayıb: "Şəhidlərimizin qanının qisasını almaqdan qərarlıyıq. Düşməndən təzminat tələb edəcəyik və əgər onlar imtina etsələr, onların müəyyən miqdarda əmlakını müsadirə edəcəyi. Əgər bu da mümkün olmasa, onlara o cür də qarşılıqlı zərər verəcəyik".
Xamenei mesajında onu da bldirib ki, xalq kimi, o da Ekspertlər Məclisinin onu İranın yeni liderinin seçməsini televiziyadan öyrənib.
Tahir Şəlvəli
MİA.AZ