Baş prokuror Zakir Qaralov iyunun 30-da saat 10:00-da Lənkəran Şəhər Prokurorluğunun inzibati binasında Lənkəran şəhərinin, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.