Azad olunan ərazilərdə avqustun 18-dən 24-nə qədər 21 tank əleyhinə mina, 124 piyada əleyhinə mina, 417 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA)  həftəlik məlumat yayıb.

Məlumata əsasən, 1459,4 hektar ərazi minalardan təmizlənib.