Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” ASC-nin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar iyunun 21-də saat 09:00-dan 15:00-dək Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.