"Azercell Telekom" MMC abunəçiləri üçün daha bir sərfəli kampaniyaya başlayır.
Şirkətdən Mia.az-a verilən məlumata görə, 11.05.2017-ci il tarixindən etibarən, "Azercell" abunəçiləri "1001 Smartfon" kampaniyası çərçivəsində "LG Flex 2" telefonunu və əlavə olaraq, LG qol saatını hədiyyə olaraq əldə edə biləcəklər.
"Ayda cəmi 45 AZN ödəməklə abunəçilər 4G-dəstəkləyən smartfonlarını, hər ay 5GB internet hədiyyə və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanacaqlar.
Kampaniyaya qoşulmaq üçün, abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər".
Qeyd edək ki, Azercell 1001 Smartfon kampaniyası çərçivəsində güzəştli təkliflərini yay boyunca davam etdirəcək.