Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Mia.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında  mayın 11-dən 12-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında mayın 11-i gündüzdən 13-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 


Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.