Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ağacəkmə aksiyasında iştirak ediblər.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan avtomobil yolunun ətrafında salınmasına başlanılan yaşıllıq massivində baş tutub.