Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri davam edir.
Bu barədə Mia.az-a verilən məumata görə, bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrində müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.
Tədirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün poliklinikar lazımi dərman preparatları ilə təchiz olunmuş, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Poliklinikalarda əhalinin tibbi müayinəsi zamanı vətəndaşlarda aşkar edilmiş xəstəliklərlə bağlı ambulator və stasionar müalicələr təyin edilir. Nəsimi rayon İcra Hakimiyyətinin müraciətinə əsasən aşkar edilmiş xəstəliklərlə bağlı 30 nəfər aztəminatlı rayon sakininin üzərində Kliniki Tibbi Mərkəzdə daxili orqanlarla bağlı cərrahiyyə əməliyyatları aparılmışdır. Keçirilən əməliyyatlardan sonra xəstələr özlərini gümrah hiss edirlər.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.