Azərbaycan ordusunun genişmiqyaslı təliminin növbəti mərhələsində qarşılıqlı fəaliyyətlərin təşkili məqsədilə əvvəl qəbul edilmiş qərarlar maket üzərində və ərazidə dəqiqləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri ətraflı işlənilib.