AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Nargül Kamandar qızı Qurbanova və Nazilə Lətif qızı Muradova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə ediblər.
İnstitutdan Mia.az-a verilən məlumata görə, Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Nargül Qurbanovanın "Sərhəd şərtlərinə operator və spektral parametr daxil olan ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisası üzrə və Nazilə Muradovanın "Hilbert fəzasında bəzi qeyri-tipik operator-diferensial tənliklərin korrekt həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaların müdafiəsi keçirilib.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.