Bu gün saat 12:00 - 14:15 radələrində "Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində çətinlik yaranıb.
Bu barədə "Azercell”dən Mia.az-a verilən məlumata görə, yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülüb və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi təmin edilib.