Dövlət İmtahan Mərkəzi baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

DİM-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi iyulun 5-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.