"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarı alır.

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

O bildirib ki, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.: "Yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək".