Gəncə sakini Həsən Səfərovun qardaşı qızı ilə birlikdə qaçması və dini kəbin kəsdirməsi xəbəri ötən gündən müzakirəyə çevrilib.
Cəmiyyətdə şok effekti yaradan bu hadisənin tərəfləri ilə biz də əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışdıq. Əvvəlcə, suallarımıza məsələni mətbuata çıxaran Həmidə Səfərova cavab verdi.
O, 2011-ci ildən ailəli olduğunu və həyat yoldaşı ilə qaynı qızını dəfələrlə bir yerdə gördüyünü iddia edir.
Mia.az xəbər verir ki, Publika.az-ın əməkdaşı Həmidə Səfərovanın bu iddialarına yoldaşı Həsən Səfərovdan münasibət öyrənib.
O, həyat yoldaşının dediklərini inkar edib:
"Mən qələt edərəm, qardaşım qızı ilə qaçaram. Onun dedikləri hamısı yalandır. Mən hazırda Şəmkirdə işləyirəm. Düzdür, qardaşım qızının ailəsində problemlər var. İndi o Bakıda qardaşının evindədir. Onların ailəsindəki problemin səbəbini bilmirəm. Sadəcə bilirəm ki, mən axırıncı dəfə Gəncədə olanda qardaşım qızı mənə zəng etdi, yoldaşı ilə dalaşdığını dedi. Mən də qardaşım oğluna xəbər verdim. Qızı qardaşına təhvil verdim, onlar Bakıya, mən də Şəmkirə getdim”.
H.Səfərovanın nə üçün bu cür iddialar səsləndirməsinə gəldikdə, H.Səfərov əksinə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğunu dedi:
"Biz onunla boşanma ərəfəsindəyik. Məhkəməmiz var. Sadəcə Həmidə hamilədir, amma o mənim uşağım deyil. Uşağın doğulmasını gözləyirdik, DNT testi aparılacaq, ondan sonra məhkəmə keçiriləcək. Çünki mən o uşağı qəbul etmirəm. O qadın ötən ilin mart ayında mənim evindən çıxıb, bir il gedib gələndən sonra hamilə olduğunu deyir. Onun dediyinə görə, 12 ay hamilə olub. O qadın mənim telefonumu oğurlayıb, bütün nömrələrə zəng edib, bütün dost-tanışımla görüşüb. Mənim ondan ayrılmaq istəməyimin səbəbi də budur.
O, özünün damarını kəsib mənim üstümə atdı. İki qızımızı boğub. Uşaqları elə döyür ki, qulaqlarından qan gəlib. Mənə, qardaşıma bir şey olsa, onun üçün pis olacaq. O gəlini heç birimiz istəmirik. Böyük qardaşımın qırxı çıxmamış anamın saçını yoldu. 9 aydır ondan boşanmaq istəyirəm. Bir qızı ki, anası evindən qovur, kafelərdə qalır, o mənə lazım deyil”.
Qardaşı qızının öz qardaşı ilə birlikdə olduğunu iddia edən H.Səfərovdan onların əlaqə nömrəsi istəsək də, o qızın nömrəsini bilmədiyini, qardaşı oğlunun isə telefonunun sındığını dedi.