Aprelin 5-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla 03:16-da Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran rayonu ərazisində qeydə alınıb.
Zəlzələ maqnitudası 4,3 bal təşkil edib, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb.
----------
08:09
Aprelin 5-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla 03:16-da Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran rayonu ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.