Sumqayıt şəhər 2 saylı doğum evinə yeni baş həkim təyin olunub.
Bundan sonra tibb müəssisəsinə Arzu Məhərrəmova rəhbərlik edəcək.
Qeyd edək ki, A.Məhərrəmova buna qədər Respublika Ailə Sağlamlıq Mərkəzində həkim-ginekoloq vəzifəsində çalışıb. Keçmiş sumqayıtlı olan həkim hazırda Bakıda yaşayır.
Xatırladaq ki, bu təyinata qədər doğum evində rəhbər səlahiyyətlərini baş həkimin müavini Təranə Qarayeva yerinə yetirirdi(Xeberle.com).