Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin fevral ayının 24-də saat 11ºº-da Ağdaş şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Meydanı 1 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.