"Gömrük Komitəsi inhisarların yaradılması ilə məşğul olmur". 

Bu barədə bu gün keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

"Buradan bir daha iş adamlarına və vətəndaşlara müraciət edirəm: kimdəsə belə faktlar varsa, onları açıqlasınlar. Bildiyimə görə, guya gömrükdə inhisarların yaradılması faktına görə ötən il Prezident Administrasiyasına cəmi bir şikayət daxil olub. Bu cür hallar baş versəydi, həmin şikayətdən yüzlərlə olardı"(Virtualaz.org).

Dogrudanmi gömrükdə belə hallar daha aradan qaldırılıb? 

Mia.az olaraq Aydın Əliyevin diqqətinə qısa çatdırırıq ki, gömrük postlarından ölkəmizə daxil olan ət və ət məhsulları, o cümlədən kolbasa məmulatları və digər məhsulları idxal edən şirkətlərin rüblük və illik təhlili aparılsın. O zaman elə həmişə sağında oturan müavini Səfər Mehdiyev və yaxın qohumlarının monopoliyasında olan şirkətlərin bu sahələr üzrə necə inhisar yaratması aydın görünəcək. Hətta bu kimi şirkətlərin ölkəyə gətirilən məhsulların gömrük rüsumu az tutulsun deyə, qiymətləri də həddən artıq azaltamaları da istisna deyil. Hansı ki, Aydın Əliyevin özü də bir neçə gün əvvəl elə bu kimi hallara diqqət çəkib...

Aydın Əliyevin açıqlamalarından belə anlaşılır ki, o, ya müavini Səfər Mehdiyevlə bacarmadığından ehtiyatlı şəkildə problemləri ictimailəşdirib, yuxarı dairələrin diqqətinə çatırmaq istəyir, ya da həqiqətən də müavininin qohumlarının yaratdığı şirkətlərdən xəbərsizdir. Oysa ki, ikinci variantin doğru olma ehtimalı həddən artıq aşağıdır.. 

Mia.az